FHN: Fəsadların aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir

Hadisə

18.04.2025 10:35

8

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilib. 

Bu barədə TodayPress-ə FHN-dən məlumat verilib.

Görülən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində bir çox ərazilərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb. 

Hazırda bəzi istiqamətlərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

tag: FHN,Hava,Fəsadlar,Problemlər,Todaypress.az,

photo
photo
photo
photo