FHN: Evin yararsız vəziyyətə düşən vətəndaş üçün müvəqqəti yaşayış məqsədilə çadır quruldu
Fövqəladə Hallar Nazirliyinə Xaçmaz rayonu, Tel kənd sakini Naibə İsayevaya məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
Bu barədə TodayPress-ə FHN-dən məlumat verilib.
Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən Tel kənd sakini N.İsayeva üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.
tag: FHN,Yardım,Çadır,Əhali,Todaypress.az,