FHN: Bəzi su basmış yerlərdə tədbirlər davam etdirildi
Bəzi su basmış yerlərdə tədbirlər davam etdirilib.
FHN-in Mətbuat xidmətindən TodayPress-ə verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilib.
Hazırda bəzi ərazilərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.
tag: FHN, Sel, Yağış, Fəsad, Təhlükəsizlik, todaypress.az,