FHN: 30 yanğına çıxış olub, 2 nəfər xilas edilib

Hadisə

12.02.2025 10:40

2777

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 2 nəfər xilas edilib, 1 nəfərin meyiti təhvil verilib. 

TodayPress xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 2 nəfər xilas edilib, 1 nəfərin meyiti təhvil verilib.

tag: FHN,Operativ,Sutka,Xilasetmə,Todaypress.az,