Evdə köməksiz vəziyyətdə qalan uşaq xilas edildi
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə TodayPress-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə iyirmimərtəbəli yaşayış binasının ondördüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2020-cı il təvəllüdlü uşağı valideynlərinə təhvil veriblər.
tag: FHN,Bakı,Köməksiz,Uşaq,todaypress.az,