Ermənistanın Gəncəyə vurduqları maddi ziyan açıqlandı
Hadisə
18.10.2024 01:21
Erməni silahlı qüvvələri
2020-ci il oktyabr ayının 4, 5, 8, 11 və 17-də Gəncə şəhərində yerləşən müdafiə
olunmayan ərazilərə, yaşayış məntəqələrinə, mülki əhaliyə və ya döyüşlərdə
iştirak etməyən ayrı-ayrı mülki şəxslərə “Smerç” və “Elbrus” tipli raketlərlə
zərbələr endirib.
TodayPress xəbər verir ki, bu barədə
2020-ci il oktyabrın 17-də Gəncənin beşinci dəfə raket atəşinə tutulması ilə
bağlı media üçün keçirilən brifinqdə çıxışı zamanı Baş Prokurorluğun İstintaq
idarəsinin böyük prokuroru Şahin Osmanov deyib.
Onun sözlərinə görə,
2020-ci ilin sentyabr ayının 27-də səhər saat 06-dan başlayaraq erməni silahlı
qüvvələri və qanunsuz silahlı birləşmələri atəşkəs rejimini və beynəlxalq hüquq
normalarını kobud şəkildə pozub.
Şahin Osmanov bildirib ki,
qanunsuz silahlı birləşmələr Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə
pozaraq cəbhə boyu Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları, Gəncə,
Mingəçevir şəhərlərini, hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən
təhsil və tibbi müəssisələr atəşə tutulub.
“4 oktyabr 2020-ci il tarixdə Gəncə şəhərinə edilmiş terror hücumları faktı üzrə Harutunyan Araik Vladimroviç və digərləri barəsində, Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nin 100. 116. 117, 120. 186. 214. 218. 228. 279.-cu maddələri ilə cinayət işi başlanılıb”.
Şahin Osmanov qeyd edib ki, 2020-ci il oktyabr ayının 4, 5, 8, 11 və 17-də Gəncə şəhərinə edilmiş raket hücumları nəticəsində 26 nəfər nəfəf öldürülüb, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Həlak olan 26 nəfərdən 10-u kişi, 10-u qadın, 6-sı isə yetkinlik yaşına çatmayan şəxslərdir.
Xəsarət alan 175 nəfərin
isə 61-i kişi, 66-sı qadın, 48-i isə yetkinlik yaşına çatmayan şəxslərdir.
“Gəncə şəhəri ərazisində
21 dövlət mülkiyyətinə, 3.565 fiziki şəxsə və 12 hüquqi şəxsə ümumilikdə
xüsusilə külli miqdar təşkil edən 87.710.196 manat məbləğində qəsdən maddi
ziyan vurulub” deyə Şahin Osmanlı qeyd edib.
tag: Gəncə, Azərbaycan, Ermənistan, Şahin Osmanov, Terror,