Dövlət sərhədini pozmağa cəhd edən şəxslər saxlanıldı

Hadisə

28.09.2024 17:21

“Şəmkir”, “Xudat” və “Zaqatala” sərhəd dəstələrinin xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər sərhəd pozucusu saxlanılıb.

TodayPress xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

tag: Şəmkir ,Xudat ,Zaqatala ,Sərhəd Pozuntusu ,Araşdırma ,Miqrasiya ,todaypress.az,