Dövlət sərhədindən qanunsuz keçmə cəhdinin qarşısı alındı

Hadisə

28.10.2024 12:35

Azərbaycandan Rusiya istiqamətində hərəkət edən yük qatarının vaqonunda yüklərin arasında gizlənərək dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən şəxs saxlanılıb.

Bu barədə TodayPress-ə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxsin Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü Lumanov Tamindar Ənvəroviç olduğu müəyyən edilib. Məlumata görə, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

tag: DSX,Rusiya, Qanunsuz, Xaçmaz, Araşdırma, todaypress.az,