Doğuş zamanı uşaq öldü
Hadisə
11.08.2024 12:03
Mingəçevirdə doğuş zamanı uşaq ölüm halı baş verib.
TodayPress xəbər verir ki, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, şəhər sakini Şəlalə Abdullazadənin doğum şöbəsində dünyaya gətirdiyi körpənin ölü doğulduğu deyilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (APA)
tag: Mingəçevir,ana,doğuş,ölüm,hadisə,araşdırma,todaypress.az,