DİN “Tost” maliyyə piramidası ilə bağlı hərəkətə keçdi
Hadisə
25.09.2024 10:21
“Tost” maliyyə pramidası ilə bağlı araşdırma başlanıb.
TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, "İnternet resurslarında “Tost” maliyyə piramidası ilə bağlı kütləvi dələduzluq məlumatları yayılıb.
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində həmin maliyyə piramidası ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək" məlumatda vurğulanıb.
tag: Daxili İşlər Nazirliyi, Tost ,Maliyyə ,İnternet,Araşdırma, todaypress.az,