DİN: Aprelin 9-u bank kartlarından 40 min manatdan çox pul talanıb

Hadisə

10.04.2025 10:02

10

Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından müxtəlif kiber üsullarla talamalar davam edir. 

Bu barədə TodayPress-ə DİN-in mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edilib ki, bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır: "Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar". 

Bildirilib ki, aprelin 9-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 12850, 8211, 8210, 4466, 2000, 1200, 700, 300, 300, 261, 260, 260, 175, 143, 85, 83 manat (39504 manat) və 595 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb. 

"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var" məlumatda vurğulanıb.

tag: DİN,Dələduzluq ,Pul,Köçürmə, Zərərçəkən, todaypress.az,