DİN Ağadadaş Ağayevlə bağlı məlumat yaydı - YENİLƏNDİ
Hadisə
23.07.2024 11:17
Daxili İşlər
Nazirliyi Xalq artisti Ağadadaş Ağayevlə bağlı yayılan xəbərlər barədə məlumat
yayıb.
DİN-in mətbuat xidmətindən
TodayPress-ə bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə
ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl
tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin
xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini
bildirib.
N.Cəlilov daha sonra
izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın
ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Faktla bağlı Binəqədi
Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.
***
11.03
Xalq artisti
Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət
yetirib.
TodayPress-in əldə
etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində baş verib.
Yaralanan şəxsin vəziyyətinin
ağır olduğu bildirilir.
tag: Ağadadaş Ağayev, Balta, Mübahisə, Binəqədi, todaypress.az,