Dərmandan zəhərlənən 64 baş mal-qara tələf oldu

Hadisə

10.05.2025 21:15

17

Goranboyda mal-qara arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.

TodayPress-in  məlumatına görə, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

Belə ki, Tatarlı kənd kənd sakinləri, 1974-cü il təvəllüdlü A. Cabbara  məxsus 12, və 1958-ci il təvəllüdlü R. Ələsgərov məxsus 52 baş iribuynuzlu mal-qara, Cabbarov Arzuya məxsus fermada təmizlik üçün istifadə olunan kimyəvi maddədən zəhərlənərək tələf olublar. 

Hazırda hadisə yerinə adiyyatı qrumların əməkdaşları cəlb olunub.

tag: Goranboy, Mal-Qara, Tatarlı, Dərman, todaaypress.az,