Deputatlığa namizəd Nəsiman Yaqublu yol qəzasında öldü
Hadisə
25.08.2024 19:59
Bu gün saat 19
radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu
"Nissan" markalı avtomibillə hərəkətdə olan zaman idarəetməni
itirərək maşını yol kənarına aşırıb.
TodayPress xəbər
verir ki, Nəsiman Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri
alaraq xəstəxanaya çatdırılıb.
Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək
mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Bakı Dövlət Universitetində müəllim işləyən
Nəsiman Yaqublu tarixçi-professordur. O, Zəngilan-Qubadlı dairəsindən
deputatlığa namizəd olub və Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol
qəzasına düşüb.
tag: Nəsiman Yaqublu, Tarixçi, Deputat,Avto-qəza, todaypress.az,