Dənizdə boğulan qardaşları ataları xilas etdi
Hadisə
21.07.2024 03:00
Bakı şəhəri, Sabunçu rayonu,
Bilgəh qəsəbəsində dənizdə boğulan iki qardaş ataları tərəfindən xilas edilib.
TodayPress xəbər verir ki, 1997-ci təvəllüdlü Gülməmmədov Tural Adil oğlu və onun
1994-cü il təvəllüdlü qardaşı Gülməmmədov Orxan Adil oğlu dənizdə çimərkən qəflətən
batmağa başlayıblar.
Övladlarının boğulduğunu görən
ata dənizə girərək onları ölümdən xilas edə bilib.
Hər iki şəxs 3 saylı Şəhər
Klinik xəstəxanasına çatdırılıb, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə
yerləşdiriliblər.
tag: Bilgəh, Dəniz, Sabunçu,Qardaşlar, todaypress.az,