Dənizdə batan 3 yeniyetmənin meyiti tapıldı
Hadisə
13.07.2024 12:35
İyulun 11-də axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 3 nəfərin meyiti tapılıb.
TodayPress-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2008-ci il təvəllüdlü Aslanov Amid Asif oğlu, 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlu və 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun cəsədi bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən suda tapılıb, çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
tag: Dəniz, FHN, Cəsədlər, Xəzər Rayonu, Zirə Qəsəbəsi, todaypress.az,