Dəmir yoluna çıxan qadını qatar vuraraq öldürdü
Hadisə
06.09.2024 04:34
Bu gün
saat 18:05-də Bakı-Ağstafa istiqamətində hərəkət edən sürətli sərnişin qatarı
Keşlə sahəsində hərəkətdə olarkən orta yaşlı bir qadın dəmir yolunu qadağan
olunmuş yerdən keçməyə cəhd edərək qəfil qatarın qarşısına çıxıb.
TodayPress xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir
Yolları" QSC məlumat yayıb.
"Maşinist tərəfindən
təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.
Təəssüflə qeyd edirik ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal
təcili tibbi yardım briqadası çağrılsa da, həmin şəxs aldığı ağır bədən
xəsarətlərindən dünyasını dəyişib" məlumatda deyilir.
ADY mərhumun
ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək
onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən
keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır:
"Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq
inzibati məsuliyyət yaradır".
tag: Ölüm,Qatar,Hadisə,Dəmir Yolları,todaypress.az,