Dələduzluq yolu ilə vətəndaşın pulunu ələ keçirən şəxs saxlanıldı

Hadisə

10.08.2024 10:40

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə dələduzluq edən Nicat Abdullayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan TodayPress-ə verilən məlumata görə, həmin şəxs “TikTok” sosial şəbəkəsində tanış olduğu Hacıqabul rayon sakininə özünü bank işçisi kimi təqdim edərək ona onlayn yolla kredit verəcəyini vəd edib. Vətəndaşa 1600 manat məbləğində kredit təsdiq olunandan sonra isə N.Abdullayev həmin pulu öz kartına yönləndirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

N.Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

tag: Hacıqabul, DİN,Cinayət,Hadisə, Dələduzluq, todaypress.az,