Dələduzluq və oğurluqda şübhəli bilinən 2 nəfər saxlanıldı
Hadisə
14.01.2025 14:48
Abşeron rayonu ərazisində bir nəfərə məxsus 5000 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə məlumat daxil olub.
TodayPress-in məlumatına görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Ş.Alxasov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa paytaxtın Nizami rayonunda bir nəfərə məxsus bank kartından 560 manat oğurlamaqda şübhəli bilinən 27 yaşlı İ.Məmmədov da polislər tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
tag: Abşeron,Dələduzluq,Həbs,Şübhəli,Todaypress.az,