Daşkəsəndə yanacaqdaşıyan maşın aşdı, ölənlər var

Hadisə

21.01.2025 18:33

Daşkəsəndə yanacaqdaşıyan maşın aşıb, ölənlər var.

TodayPress xəbər verir ki, yanacaqdaşıyan yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində 58 yaşlı Fəxrəddin Həsənov və 27 yaşlı Orxan Səmədov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

tag: Daşkəsən,Maşın,Ölüm ,Fəxrəddin Həsənov,Orxan Səmədov,todaypress.az,