Daşkəsəndə gənc oğlan pilləkəndən yıxılaraq öldü

Hadisə

19.02.2025 04:44

2829

Daşkəsəndə bədbəxt hadisə baş verib.

TodayPress xəbər verir ki, hadisə Daşkəsən şəhərində yerləşən binaların birində qeydə alınıb.

1999-cu il təvəllüdlü E.Vəliyev binanın 2-ci mərtəbəsinin pilləkənindən 1-ci mərtəbəsinə yıxılıb.

Gənc oğlan aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

tag: Oğlan, Daşkəsən, Xəsarət,Ölüm, Hadisə, todaypress.az,