Daşkəsəndə bir neçə nəfər dəm qazından zəhərləndi

Hadisə

23.11.2024 22:23

Daşkəsəndə 4 nəfər dəm qazından zəhərlənib.

TodayPress xəbər verir ki, Alunitdağ qəsəbəsində 1982-ci il təvəllüdlü S.Məmmədova, 1989-cu il təvəllüdlü A.Ələsgərova 13 yeniyetmə və 6 yaşlı uşaq dəm qazından zəhərlənib.

Zərərçəkənlərlərə tibbi yardım göstərilib. Onların vəziyyətləri qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Daşkəsən, Dəm Qazı, Boğulma, Tibbi Yardım, todaypress.az,