Daşkəsəndə avtomobil aşdı, ölən və xəsarət alan var
Hadisə
23.09.2024 22:31
Daşkəsəndə dumanlı hava şəraiti ağır
yol-nəqliyyat hadisəsinə səbəb olub.
TodayPress xəbər verir ki, hadisə Əmirvar kəndində qeydə
alınıb.
VAZ markalı avtomobilin aşması nəticəsində sürücü,
1992-ci il təvəllüdlü Eşqin Əhmədov aldığı xəsarətdən ölüb. Avtomobildə olan
sərnişin, 1960-cı il təvəllüdlü Mehman İsrafilov müxtəlif dərəcəli xəsarətlər
alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Daşkəsən, Qəza, Ölüm, Xəsarət, Yol, Nəqliyyat, todaypress.az,