Daha bir nəfər spirtli içkidən zəhərlənərək öldü

Hadisə

07.03.2025 11:46

1788

Beyləqanda zəhərlənmə faktı qeydə alınıb. 

TodayPress xəbər verir ki, ilkin ehtimala görə, spirtdən zəhərlənən 1996-cı il təvəllüdlü Səyyad Vəlizadə həyatını itirib. 

Qohumları onun spirtli içkidən zəhərləndiyini bildirib. 

Faktla bağlı Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.

tag: Beyləqan,Zəhərlənmə,Hadisə,İçki,Todaypress.az,