Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanıldı
Aprelin 5-də və 6-da ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
- Axtarışda olduğuna görə ümumilikdə 33, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb.
tag: DİN, Əməliyyat, Cinayət, Faktlar, Narkotik, todaypress.az,