Cinayət törətməkdə şübhəli bilinən 8 nəfər saxlanıldı
Hadisə
05.01.2025 10:15
Yanvarın 4-də ölkə ərazisində cinayət törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb.
Bu barədə TodayPress-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 9, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
tag: DİN,Cinayət,Həbs,Qanun,Todaypress.az,