Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanıldı

Hadisə

05.05.2025 10:18

11

Mayın 3-də və 4-də ölkə ərazisində qeydə alınan 82, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

- Axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

- Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb.

tag: DİN, Əməliyyat, Cinayət, Faktlar, Narkotik, todaypress.az,