Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanıldı
Aprelin 10-da ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 54 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
- Axtarışda olduğuna görə ümumilikdə 118, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 49 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.
tag: DİN,Polis,Cinayətkar,Saxlanılma,Todaypress.az,