Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanıldı

Hadisə

14.04.2025 10:36

9

 Aprelin 12-də və 13-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə TodayPress-ə DİN-in mətbuat xidmətindən məlumat verilib. 

- Axtarışda olduğuna görə ümumilikdə 40, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

- Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

tag: DİN,Polis,Cinayət,Saxlanılma,Todaypress.az,