Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Hadisə

10.05.2025 11:37

16

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

- Axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.       

- Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

tag: DİN, Əməliyyat, Cinayət, Faktlar, Narkotik, todaypress.az,