Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı
Mayın 8-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
- Axtarışda olduğuna görə ümumilikdə 139, o cümlədən borclu şəxs qismində axtarışda olan 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.
tag: DİN, Əməliyyat, Cinayət, Faktlar, Narkotik, todaypress.az,