Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanıldı
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat yayılıb.
Axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib. Polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 1 avtomat silahı, 9 tüfəng, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
tag: Cinayət, Axtarış, DİN, Polis, Narkotik, todaypress.az,