Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı

Hadisə

19.04.2025 10:05

7

Aprelin 18-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

- Axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.       

- Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

tag: DİN,Polis,Cinayətkar,Saxlanılma,Todaypress.az,