Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanıldı

Hadisə

13.09.2024 12:08

Sentyabrın 12-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TodayPress-ə bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 139, o cümlədən borclu şəxs qismində axtarılan 107 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

tag: Cinayət,Araşdırma ,Silah-Sursat ,DİN,Polis, todaypress.az,