Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanıldı

Hadisə

17.09.2024 09:31

Sentyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

TodayPress xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 109, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

tag: Cinayət, Araşdırma, Silah, Polis ,Narkotik ,todaypress.az,