Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanıldı

Hadisə

06.05.2025 11:21

4

Mayın 5-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

- Axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.       

- Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

tag: DİN, Əməliyyat, Cinayət, Faktlar, todaypress.az,