Ceyranbatanda beton zavodunda fəhlə qəza nəticəsində öldü

Hadisə

08.04.2025 11:17

11

Abşeronda beton zavodunda bədbəxt hadisə baş verib.

TodayPress xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində yerləşən beton zavodunda qeydə alınıb.

İş zamanı qəza baş verib.

1979-cu il təvəllüdlü fəhlə, Səməddin Rüstəmov iş zamanı yuxarıdan qopan beton kütləsinin üzərinə düşməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

İlkin ehtimallara görə, hadisəyə texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəb olub.

tag: Ceyranbatan,BEton,Zavod,Fəhlə,Ölüm,Todaypress.az,