Ceyranbatanda 14 yaşlı yeniyetmə çimərkən boğuldu

Hadisə

24.07.2024 22:05

Ceyranbatan su anbarında 14 yaşlı yeniyetmə çimərkən boğulub.

TodayPress xəbər verir ki, 2010-cu il təvəllüdlü Mirzəyev Sübhan Ramiz oğlu Samur-Abşeron kanalının Ceyranbatandan keçən hissəsində çimərkən batıb.

Yeniyetmənin meyiti sudan çıxarılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları onun meyiti aidiyyəti üzrə təhvil veriblər.

tag: Ceyranbatan, Yeniyetmə, FHN, Mirzəyev Sübhan, todaypress.az,