Çempionlar Liqasının oyununda azarkeş öldü

Hadisə

07.11.2024 11:30

UEFA Çempionlar Liqasının “Bavariya” - “Benfika” matçında (1:0) ölüm hadisəsi qeydə alınıb. 

TodayPress Münhen klubuna istinadən xəbər verir ki, matçı “Alyans Arena”dan izləyən azarkeşlərdən biri vəfat edib. 

Görüşün 3-cü dəqiqəsində azarkeşin halı pisləşib. Həkimlər elə stadionda ilkin tibbi müdaxilə ediblər. Daha sonra xəstəxanaya aparılıb. Azarkeşin xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdiyi məlum olub.

Qeyd olunur ki, həmrəylik əlaməti olaraq aktiv Münhen azarkeşləri qurbanın halı pisləşdiyi andan sona qədər susublar.

Namiq HUN

tag: UEFA, Münhen, Bavariya, Benfika, Alyans, todaypress.az,