Cəlilabbada bədbəxt hadisə: 13 yaşlı qız öldü
Hadisə
27.12.2024 17:43
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
TodayPress xəbər verir ki, hadisə rayonunun Uzuntəpə kəndində qeydə alınıb.
Rayonun Kazımabad kənd sakini, 2011-ci il təvəllüdlü Cabbarova Rəsmiyə Namiq qızı qonaq getdiyi evdə yelləncəkdə oynayarkən ipin boğazına dolaşması nəticəsində ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
tag: Cəlilabad ,Hadisə, Qız, Ölüm, todaypress.az,