Cəlilabadda zəlzələ oldu
Hadisə
15.10.2024 20:44
Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.
TodayPress verir ki, bu barədə Respublika
Seysmoloji Xidmət Mərkəzinin məlumatında bildirilib.
Məlumata görə, oktyabrın 15-də yerli vaxtla saat 19:03-də
qeydə alınan yeraltı təkanların maqnitudası 3.6-ya bərabər olub.
Zəlzələnin ocağı 36 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, zəlzələ Biləsuvarda da hiss olunub.
tag: Cəlilabad, Zəlzələ, Ekologiya, Biləsuvar, todaypress.az,