Cəlilabadda yol qəzası baş verdi, ölən var
Hadisə
30.10.2024 07:51
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət
alanlar var.
TodayPress xəbər verir ki, DİN-in
Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib ki,
oktyabrın 29-da saat 18:50 radələrində Cəlilabad rayonunun Cəlayir kəndi
ərazisində 1964-cü il təvəllüdlü Vahid Əsgərov idarə etdiyi
"Vaz-2106" markalı avtomobillə hərəkətdə olarkən piyada T.Əmiyevanı
vurduqdan sonra idarə etməni itirərək qarşıdan gələn K.Məmmədovun idarə etdiyi
"Vaz 2107" avtomobili ilə toqquşub.
Qəza
nəticəsində V.Əsgərov ölüb, piyada və digər sürücü isə bədən xəsarətləri alıblar.
Araşdırma
aparılır.
tag: Qəza, Cəlilabad, Ölüm, Vaz 2107,Piyada ,todaypress.az,