Cəlilabadda evdə doğuş edən qadın vəfat etdi

Hadisə

21.03.2025 06:23

1286

Cəlilabad rayonunun Soyuqbulaq kəndində evdə doğuş edən qadın dünyasını dəyişib.

TodayPress xəbər verir ki, kənd sakini, 1999-cu il təvəllüdlü Nahidə Abasovanın doğuşdan sonra səhhətində problemlər yarandığı üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qadın bir həftə xəstəxananın reanimasiya şöbəsində müalicə olunub. Həkimlərin səylərinə baxmayaraq, qadın bu gün xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

 

tag: Cəlilabad, Soyuqbulaq, Doğuş, Ölüm, Xəstəxana,todaypress.az,