Cəlilabadda ev yandı

Hadisə

06.05.2025 23:44

20

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. 

TodayPress-in məlumatına görə, hadisə rayonun Göytəpə şəhərində, Rəyasət Hüseynova məxsus evdə qeydə alınıb. 

Belə ki, ümumi sahəsi 108 kvadratmetr olan ikimərtəbəli 4 otaqlı evdə qəfil yanğın başlayıb. 

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunsa da, ev tamamilə yanıb. 

Faktla bağlı araşdırma aparılır.

tag: Cəlilabad, Ev, Yanğın, Hadisə, Göytəpə, todaypress.az,