Cəlilabadda boğulan iki nəfərin meyiti tapıldı - YENİLƏNDİ

Hadisə

19.06.2024 17:47

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Hamarqışlaq kəndində göldə 2 nəfərin batması barədə məlumat daxil olub və dərhal Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub.

FHN-in Mətbuat xidmətindən TodayPress-ə verilən məlumata görə, axtarışlar nəticəsində göldə batmış Həsənov İbrahim Əlifağa oğlunun və Aşurov Nihat Nicat oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

16:20

Cəlilabadda iki nəfər göldə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Cəlilabad rayonu, Hamarqışlaq kəndində göldə 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən TodayPress-ə verilən məlumata görə, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.  

tag: Cəlilabad, Göl, FHN, Hamarqışlaq kəndi, Xilasetmə, todaypress.az,