Cəlilabadda avtomobil yeniyetməni vuraraq öldürdü
Hadisə
08.11.2024 03:45
Cəlilabadda ölümlə nəticələnən yol qəzası
baş verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
TodayPress-ə bildirilib ki, noyabrın 7-də saat 18:40 radələrində 1985-ci il
təvəllüdlü E.Mütəllimov idarə etdiyi avtomobillə köhnə Ələt-Astara avtomobil
yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində piyada, 2012-ci il
təvəllüdlü Məhəmməd Qarayevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.
tag: Cəlilabad, Lənkəran, Ölüm, Qəza, todaypress.az,