Cəlilabadda avtomobil piyadanı vurdu

Hadisə

16.11.2024 01:00

Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.

Cəlilabad rayon sakini, N. Ağayev idarəetdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən 1992-ci il təvəllüdlü Rasim İsayevi vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

tag: Cəlilabad,Piyada, Yol-Nəqliyyat, VAZ-2107, todaypress.az,