Cəlilabadda avtomobil mal sürüsünə çırpıldı
Hadisə
18.01.2025 02:43
Cəlilabad
rayonunda yol qəzası baş verib.
TodayPress-in məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi
ərazisində qeydə alınıb.
Belə ki, minik
avtomobili iri buynuzlu mal-qara sürüsünə çırpılıb. Hadisə nəticəsində xəsarət
alan olmasa da, 4 baş mal-qara tələf olub.
Faktla bağlı
araşdırma aparılır.
tag: Cəlilabad, Mal-Qara, Sürü, Qəza, Hadisə, todaypress.az,