Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi: Xəsarət alanlar var
Hadisə
20.12.2024 23:09
Cəlilabadda iki nəfərin xəsarət alması ilə nəticələnən
yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress
xəbər
verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun
Qarazəncir kəndi ərazisində qeydə alınıb.
Belə ki,
"Mercedes" markalı nəqliyyat vasitələri hərəkətdə olarkən
qarşı-qarşıya gəliblər və qəza qaçılmaz olub.
Qəza
nəticəsində sürücülər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi
Xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı
araşdırma aparılır.
tag: Mercedes, Qəza, Cəlilabad, Xəstəxana,Yol- Nəqliyyat, todaypress.az,