Cəlilabad sakini atdan yıxılaraq öldü
Cəlilabadın Günəşli kənd sakini Əliyev Tofiq Biləsuvar rayonunun Ovçubərə kəndində yerləşən maldarlıq obasında atdan yıxılaraq ölüb.
TodayPress xəbər verir ki, o, ata mindiyi zaman yıxılıb və ayağı üzəngidə ilişib. Nəticədə at onu bir müddət sürüyüb.
Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
tag: Cəlilabad, Biəsuvar, At,Ölüm, todaypress.az,